Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları 2006-2017-ci illərdə dövlət xətti ilə 931,9 mln. manat ipoteka krediti verib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, fond bu kreditlərin 818,5 mln. manatını və yaxud 87,8%-ni təkrar maliyyələşdirib. Son nəticədə qurum banklara 113,4 mln. manat borclu qalıb.
Hesabat ili
|
Müvəkkil bankların verdiyi ipoteka kreditləri (mln. manat) |
Fondun təkrar maliyyələşdirdiyi ipoteka kreditləri (mln. manat) |
Fondun müvəkkil banklara borcu (mln. manat) |
2006 | 5,6 | 1,3 | 4,3 |
2007 | 70,2 | 45,4 | 24,8 |
2008 | 0,0 | 16,9 | -16,9 |
2009 | 77,2 | 21,9 | 55,3 |
2010 | 96,9 | 90,5 | 6,4 |
2011 | 95,5 | 77,0 | 18,5 |
2012 | 75,2 | 91,2 | -16,0 |
2013 | 112,9 | 86,9 | 26,0 |
2014 | 97,1 | 126,4 | -29,3 |
2015 | 97,2 | 113,6 | -16,4 |
2016 | 1,1 | 33,5 | -32,4 |
2017 | 203,0 | 113,9 | 89,1 |
Cəmi | 931,9 | 818,5 | 113,4 |