Vergilər Nazirliyi fevral ayında vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergiləri və nazirliyə təqdim edilən hesabatları açıqlayıb. FED.az portalı iş adamları üçün maraqlı və faydalı olduğunu nəzərə alaraq ğu siyahını təqdim edir.
2018-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə
Y A D D A Ş
2018-ci ilin yanvar ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu
• Əlavə dəyər vergisi bəyannaməsi,
• Aksiz bəyannaməsi,
• Yol vergisi bəyannaməsi,
• Mədən vergisi bəyannaməsi,
• Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
• Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
cari ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
• Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin ferval ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
• Muzdlu işlə əlaqədar 2018-ci ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 1-ci rübü üzrə bəyannaməni cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edirlər).
• Xüsusi notariusların 2018-ci ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi cari ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
Əmlak vergisinin ödəyiciləri olan müəssisələr
• 2018-ci ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini fevral ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).
Fevralda ödəniləcək vergilər və hesabatlar – SİYAHI
12:20
8 Fev 2018