ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbəri Cerom Pauel (Jerome Powell) bu gün vəzifəsinin icrasına başlayır. "Bloomberg" agentliyinin məlumatına görə, Pauel bu vəzifədə 4 il qalacaq.
Qeyd edək ki, Pauel ABŞ fond birjalarının son 2 ilin ən sərt azalması ilə üzləşdiyi, ABŞ dövlət istiqrazlarının son 4 ilin maksimal həddinə çatdığı, qlobal iqtisadiyyatın sürətləndiyi və uçot dərəcəsini artırmaq zərurəti olan bir dövrdə işə başlayır.
Analitiklər bu il FED-in 3 dəfə faiz artıracağını ehtimal edirlər. FED üzvlərinin proqnozları da bazar iştirakçılarının ehtimalları ilə üst-üstə düşür.