“Unibank” ASC bu il Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır.
Bu barədə jurnalistlərə açıqlamasında Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
“Bizim proqnozumuz sabitlikdir. Doğrudur, dünyada, o cümlədən Azərbaycanda makro-iqtisadi vəziyyət dəyişə bilər, amma ümid edirik və gözləyirik ki, məzənnə 1,7 manat səviyyəsində qalacaq”, - deyə o, qeyd edib.