Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkənin qarşılaşdığı çətinliklər və ABŞ-ın təzyiqindən qurtarmaq üçün yeni təşəbbüslə çıxış edib. FED.az xəbər verir ki, Türkiyə prezidenti bəzi müttəfiqlər, o cümlədən Rusiya ilə ticarəti milli valyvtada aparmaq niyyətindədir.
İlkin məlumatlara görə, Türkiyə özünün əsas ticarət tərəfdaşları, o cümlədən Çin, Rusiya, İran və Ukrayna ilə ticarəti milli valyutada aparmağı planlaşdırır.
«Əgər Avropa ölkələri də dollardan yaxa qurtarmaq istəyirlərsə, Ankara onlarla da analoji hesablaşmalara keçməyə hazırdır»-deyə Ərdoğan bəyan edib.
Türkiyə prezidenti bildirib ki, iqtisadi müharibə şəraitində bir ölkənin digər ölkəyə sanksiyalar hədəsi ilə təzyiq etdiyi qaydalara heç vaxt qəbul etməyəcək. Ərdoğan xəbərdarlıq edib ki, indiyədək Türkiyəyə «qurşaqdan aşağı zərbə» heç kimə uğur gətirməyib.
«Türk xalqına əziyyət verən istənilən şəxs, əvvəl-axır buna görə cavab verəcək». Ərdoğanın sözlərinə görə, Türkiyənin iqtisadi sahədə ambisiyalı planları var və heç nə onu bu planlardan geri döndərə bilməz.
Ərdoğandan dollarla bağlı yeni təklif – «BUNA HAZIRIQ»
22:12
11 Avq 2018