Azərbaycanda kreditlərin ən baha olduğu regionlar açıqlanıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən ən baha kreditlərin orta faizləri Dağlıq-Şirvan iqtisadi rayonunda qeydə alınıb. Belə ki, iqtisadi rayonda kreditlər üzrə orta faiz dərəcəsi 19.31% təşkil edib. Cəmi verilmiş kreditlərin məbləği isə 176 milyon 106 min manat təşkil edib. Bu iqtsiadi rayonda milli valyutada verilmiş kreditlərin məbləği 175 milyon 534 min manat, orta faiz dərəcəsi 19,35%-ə bərabər olub. Sərbəst dönərli valyuatda isə 7,41% olmaqla 572 min manat təşkil edib.
İkinci yerdə18.95% göstərici ilə Lənkəran-Astara iqtisadi rayonu gəlir. Bu iqtisadi rayonda verilmiş 577 milyon 656 min manat təşkil edib ki, onun da 575 milyon 996 min manatı milli, 1 milyon 660 min manatı isə sərbəst dönərli valyutada olub. Orta faiz dərəcəsi isə milli valyuta üzrə 18,98%, sərbəst dönərli valyuta üzrə 7,33% təşkil edib.
Üçüncü sırada isə 18.95% ilə Qarabağ iqtisadi rayonu dayanıb ki, bu rayon üzrə verilmiş kreditlərin məbləği 447 milyon 214 min manat təşkil edib. Onun da 446 milyon 330 min manatı milli, 884 min manatı isə sərbəst dönərli valyutada olub. Orta faiz dərəcəsi isə milli valyuta üzrə 18,94%, sərbəst dönərli valyuta üzrə 8,07% təşkil edib.