Mayın 9-dan etibarən FİN kod ilə qeydiyyatdan keçməyənlər üçün elektron pulqabıdan istifadə məhdudlaşdırılacaq.
Müştərilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları çərçivəsində göstərilən tarixədək hər bir istifadəçi şəkli və FİN kodu ilə qeydiyyatdan keçməlidir.
Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, bütün maliyyə tətbiqləri kimi, m10 elektron pulqabılarında da şəxsi FİN kod ilə qeydiyyatdan keçmək məcburidir. Ödəniş xidməti tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.
Yeni qaydalara əsasən, qeydiyyat çox asandır. İstifadəçilər şəxsi məlumatlarına FİN kod əlavə edərək üztanıma həyata keçirəcəklər. Geniş məlumat istifadəçi nömrələrinə göndəriləcək.