Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar və ya 1,35% artaraq 62,38 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə qiyməti 0,58 dollar və ya 0,89% artaraq 65,42 dollar olub.