2022-ci ilin sonunda dövriyyədə 14 milyard 714 milyon 360 min manat məbləğində kağız və metal pullar olub.
AMB ötən ili 64 milyon manat - ZƏRƏRLƏ BİTİRİB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, dövriyyədə olan kağız və metal pulların məbləği 2022-ci ildə 2021-ci ilin sonu ilə müqayisədə 2 milyard 404 milyon 342 min manat və ya 19,5% artıb.
2021-ci ilin sonunda dövriyyədə 12 milyard 310 milyon 18 min manatlıq kağız və metal pullar olmuşdu.
Ötən il Mərkəzi Bank 32 milyon 421 min manat haqq və komissiya gəlirləri də əldə edib (2021-ci ildə 20 milyon 488 min manat). (Marja)