Donald Trump-ın rəhbərlik etdiyi ABŞ hökuməti ölkədə infrastruktura 1,5 trilyon dollar investisiya yatırmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
ABŞ Prezidenti Domald Trump ilk "Millətə Müraciət" çıxışında, ABŞ Konqresini, yeni infrastruktur xərclərinə ən azı 1.5 trilyon dollar təmin edilməsi üzrə hazırlanacaq qanunu qəbul etməyə çağırıb.
1,5 trilyon dollarlıq dövlət investisiyasına baxmayaraq Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb. Dollar indeksi 0,3% geriləyərək 88.92 səviyyəsinə düşüb. Avro/dollar məzənnəsi isə 1.2446 səviyyəsinə qalxıb. Dollar Avro qarşısında 0,35% dəyərdən düşüb.
1,5 trilyon dollarlıq investisiyaların iqtisadiyyatı canlandıra biləcəyindən Dolların bahalaşması lazım idi.