Dollar, Fed-in 31 Yanvar 2018-ci il tarixindəki faiz qərarının ardından əldə etdiyi qazancları geri verərək 0.5 faiz dəyərdən düşdüb və çox G-10 pulu qarşısında dəyər itirib.Hazırda Dollar indeksi 88,69 səviyyəsindədir. Avro/dollar məzənnəsi 0.9%-ə qədər yüksələrək 1.2500 səviyyəsini keçib.
ABŞ istiqraz bazarı üzərindəki təzyiq davam edir. 5 və 30 illik istiqrazların faizləri arasındakı fərq, 2007-ci ildən bu yana ən aşağı səviyyəyə enib. 10 illik istiqrazların faizi 8 bənd, 30 illiklərin faizi isə 9 bənd qalxıb və 2017-ci ilin May ayından bu yana ilk dəfə 3 faiz səviyyəsinin üzərinə çıxıb.
Bu gün qlobal bazarlarda nəzərlər, ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisində olacaqdır.