Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. FED.az xəbər verir ki, fevralın 26-da keçiriləcək hibrid depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Beləliklə, Mərkəzi Bank əvvəlcədən bəyan etdiyi kimi, depozit hərraclarında təklifi azaltmağa başlayıb. Yəni, adətən 250 milyon manat həcmində keçirilən depozit hərracında məbləğ 50 milyon manat azadılıb.
Qeyd edək ki, depozit hərracının müddəti 14 gün təşkil edir. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99%-dir.