Azərbaycan Mərkəzi Bankı bu gün vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
FED.az xəbər verir ki, hərracda 250 mln. manat cəlb edilib.
Tələb isə bundan 2,08 dəfə çox - 520,8 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.