"Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.
Şirkətin Azərbaycanla bağlı hazırladığı “Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda dolların manata qarşı məzənnəsinin 1,73 manat səviyyəsində olacağı proqnozlaşdırılır.
Hesabatda, həmçinin bildirilir ki, 2019-cu ildə dolların manata qarşı məzənnəsinin 1,71 manat səviyyəsində olacağı gözlənilir.