Kriptovalyutalar sözün əsl mənasında insan ölümünə səbəb olur.
FED.az xəbər verir ki, kriptovalyutaların ziyanları barədə “Microsoft” şirkətinin təsisçisi Bil Qeyts danışıb.
"Reddit" saytında “Ask Me Anything (istədiyin sualı ver) sessiyasında internet istifadəçilərinin suallarını cavablandıran Qeyts, “Bitkoin”lə bağlı tənqidi fikirlər səsləndirib.
Qeytsin sözlərinə görə, “bitkoin” kimi kriptovalyutalarda rəqəmsal anonimlik hesabına onunla aparılan sövdələşmələr çox vaxt terrorçuların maliyyələşdirilməsi, narkotik vasitələrin alveri və çirkli pulların yuyulması ilə bağlı olur.
Amerikalı milyarder bildirib ki, hökumətlər bu kimi sxemləri ifşa etmək imkanına malik olmalıdır.
“Hal-hazırda kriptovalyutalardan, fentanil və digər narkotik vasitələri almaq üçün istifadə edirlər, beləcə, bu texnologiya bilavasitə insan ölümünə səbəb olur” deyə Qeyts bildirib.
BBC