Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200289S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 97,7198 manat (10%) və 98,8696 manat (4,89%) 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 442 508 700 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98,6193 manat (6%), orta ölçülmüş qiyməti 98,6896 manat (5,69%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 2 aprel 2021-ci ildir.