Bu ilin iyulunda bankların kredit portfeli iyul ayında 0,9 faiz (167,4 milyon manat) artaraq 18 milyard 487,4 milyon manat olub.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,8 faiz (10 milyard 497 milyon manat) təşkil edib.
Ümumilikdə, cari ilin 7 ayında bankların kredit portfeli 11 faiz və ya 1 milyard 828,3 milyon manat artıb.