Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz bəndi azalıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin 6,7%-ni və yaxud 63,9 mln. manatını bank kreditləri təşkil edib. İnvestisiyaya yönəldilmiş bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,7% azalıb.
Qeyd edək ki, 2018-ci ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az vəsait yönəldilib.