2017-ci ilin noyabrında Azərbaycanda bank müştərilərinin sayı 57 min nəfərdən çox artıb. FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 11-ci ayda onların sayı 5 milyon 874 min 843 nəfər olub. Ötən ilin oktyabrında isə bu rəqəm 5 milyon 817 min 377 nəfərə çatıb.
Bank müştərilərinin 5 milyon 787 min 548 nəfəri fiziki şəxslər, 229 min 992 nəfəri sahibkarlıqla məşğul olanlar, 87 min 295 nəfəri isə hüquqi şəxslər olub.
Banklarda açılan müştəri hesablarının sayı da 150 mindən çox artıb. Belə ki, 2017-ci ilin noyabrında onların sayı 16 milyon 167 min 375-ə çatıb. Oktyabrda isə bu göstərici 16 milyon 016 min 779 olub.
Qeyd edək ki, müştərilərin banklardakı cari və kredit hesabları artdığı halda depozit hesabları kəskin azalıb. Belə ki, ötən ilin noyabrında onların sayı 357 min 711-ə düşüb. Halbuki, oktyabrda depozit hesablarının sayı 362 min 861 olub. 2017-ci ilin yanvar ayında isə banklarda ümumilikdə 371 min 406 depozit hesabı olub. İlin əvvəli ilə müqayisədə 11 ayda azalma 13 min 695 olub.
Müştərilərin banklardakı cari hesablarının sayı ötən ilin oktyabrında 13 milyon 120 490 olduğu halda noyabrda bu göstərici 13 milyon 275 min 751 olub. Kredit hasabları da noyabrda artaraq 2 milyon 533 913-ə çatıb. Halbuki, oktyabrda onların sayı 2 milyon 533 min 428 olub.
Noyabrda fiziki şəxslərin cari hesablarının sayı artaraq 13 milyon 110 min 109 olub. Sahibkarlıqla məşğul olanların hesablarının sayı da artaraq 240 465-ə çatıb. Hüquqi şəxslərin bank hesablarının sayı isə 165 642 olub.
Banklardakı depozit hesabları kəskin azalıb, VÖEN hesabları artıb
17:39
15 Yan 2018