Bu gün yanvarın 12-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb. FED.az xəbər verir ki, “Bloomberg” terminalında ABŞ valyutası səhərlə müqayisədə 0,06% ucuzlaşaraq 1.6988 manata çatıb.
Qeyd edək ki, terminalda dollar satışı günə 1.6999 manat məzənnəsi ilə başlayıb. Dünən də terminalda dollar satışı 1.6999manat məzənnəsi ilə yekunlaşıb.
Xatırladaq ki, ötən gün terminal üzərində dollar ticarəti 1.6986 - 1.7005 manat məzənnələri arasında baş tutub.
“Qara bazar”da dollar dəyişmədi
Yanvarın 12-də “qara bazar”da da dolların məzənnəsi aşağı enib. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, bu gün ABŞ valyutası 1.7010 manata alınır. Dolların satış qiyməti isə 1.7030 manatdır.
Avro isə ucuzlaşıb. “Qara bazar”da avronun alışı 2.0350 manat, satışı isə 2.0550 manatdır.
Rəsmi məzənnə
Onu da deyək ki, Mərkəzi Bank bu günə dolların məzənnəsini dəyişməyib. Rəsmi məzənnə 1. 7001 manat müəyyən edilib.
Banklararası bazarda dollar ucuzlaşdı - BLOOMBERG/ QARA BAZAR/ MB
10:25
12 Yan 2018