Bu gün Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. FED.az xəbər verir ki, 250 milyon depozitin cəlb olunacağı hərrac bankların qələbəliyi şəraitində keçib.
AMB-dən verilən xəbərə görə, hərracda banklar tərəfindən tələb 446,6 mln. Manat və ya təklifdən 200 milyon manat artıq olub. Nəticədə banklar həmin pulu yatıra bilməyiblər.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,55% təşkil edib.
Depozit hərracında tələbatın belə böyük olmasının səbəbi, banklardakı böyük izafi likvidlik və ölkə iqtisadiyatında kreditlərə tələbatın az olmasıdır. Əllərindəki böyük vəsaitləri etibarlı yerləşdirməyə çətinlik çəkən banklar onları depozit yatırmağa üstünlük verirlər.
Banklar manatı qoymağa yer tapmırlar
13:56
12 Yan 2018