Bugün keçirilən növbəti valyuta hərracında banklar yenə də dollar almağa maraqlı olmadıqlarını nümayiş etdiriblər. FED.az xəbər verir ki, valyuta hərracına 55 milyon dollar çıxarılsa da cəmi 23 milyon dollar satılıb.
Qeyd edək ki, hərraca iri həcmli cəmi 2 sifariş daxil olub. Bunlardan biri 22 milyon 800 min dollar, digəri isə 400 min dollar təşkil edib. Hər iki sifariş üzrə Bloomberg terminalında satış kursu 1.7001 ilə realizə olunub. Fevral ayının ikinci hərracında ümumilikdə 23 milyon 200 min dollar satılıb.
Banklar hərraca çıxarılan dolları almadılar
14:37
6 Fev 2018