Xəbər verdiyimiz kimi, bu gün yanvarın16-da Mərkəzi Bank və Dövlət Neft Fondunun (DNF) iştirakı ilə növbəti valyuta hərracı baş tutub. FED.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu dəfə də hərraca 55 milyon dollar çıxarılıb. Ancaq həmin məbləğin heç də hamısı satılmayıb.
Ona görə də valyutanın satış məzənnəsi çox da yüksək olmayıb - 1.7000 -1.7001. Beləliklə, bu günki valyuta hərracında banklara 33 milyon 250 min dollar satılıb.
Hərraca daxil olan sifarişlərin sayı da azalıb. Bundan öncəki hərracda 19 daxil olmuşdusa, bu dəfə onların sayı 9-a enib. Ən böyük sifarişin məbləği 20 milyon dollar təşkil edib.
Xatırladaq ki, yanvar ayında hərraclarda ümumilikdə 198 milyon 900 min dollar satılıb.
Banklar hərraca çıxarılan dolları almadılar
13:52
16 Yan 2018