Bugün keçirilən valyuta hərracında dolların satışında aktivlik müşahidə edilib. FED.az xəbər verir ki, hərraca 55 milyon dollar çıxarılıb.
Bankların son dövrlər valyuta sifarişlərinin 23 milyona qədər düşdüyünü nəzərə alan Fondun bu dəfə az valyuta çıxartması müşahidə edilib. Ümumilikdə hərrac zamanı 6 sifarş qeydə alınıb. Bunların arasında 22 milyon 800 minlik və 25 milyonluq sifarişlər üzrə dollar satışı kursu 1.7001 olub. Digər 4 sifariş isə 5 milyon məbləğində olub.
Ümumilikdə hərracda 53 milyon dolllar satılıb.
Banklar dollar alışını artırdı
16:58
13 Fev 2018