Əhalinin kartlardan istifadəsi artıb. FED.az xəbər verir ki, 2017-ci ildə dövriyyədə olan kredit kartlarının ümumi sayı 623 min ədəd olub. Noyabr ayı ilə müqayisədə dekabr ayında bu göstərici 3 min ədəd artıb.
Dekabr ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi də yüksəlib. Təkcə bir ayda kartlarla əməliyyatların həcmi 12 milyon manat artıb və ümumilikdə 149 milyon manat olub.
Qeyd edək ki, orta hesabla dekabr ayında bir kredit kartla aparılan əməliyyatların həcmi 239 manat təşkil edib. Bu da noyabr ayı ilə müqayisədə təxminən 18 manat çoxdur. `