2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 5,7 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bununla belə, ilk 11 ay ərzində maliyyə sahəsinə investisiyaların iqtisadiyyata yatırılan ümumi investisiya qoyuluşunda payı 0,02%-dən 0,04%-ə yüksəlib.
FED.az Dövlət Statistika Komitəsinin saytına istinadın xəbər verir ki, 2017-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 64,5%-i sənaye, 16,2%-i tikinti, 10,9%-i nəqliyyat və anbar təsərrüfatı, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,1%-i informasiya və rabitə, 0,8%-i səhiyyə, 0,6%-i təhsil, 0,5%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,4% olmaqla ticarət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinə sərf edilib.