2027-cı ildə Azərbaycanda qeyri-dövlət müəssisələrinə 129,6 milyon manat subsidiya proqnozlaşdırılıb.
Borc götürməyə limit qoyuldu, mənfəətin 30%-i büdcəyə keçməlidir – Nazirlik dövlət müəssisələrini - NƏZARƏTƏ GÖTÜRÜB
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, gələn il qeyri-dövlət müəssisələrinə subsidiyaların məbləği cari illə müqayisədə 52,2 milyon manat və ya 67,5 % artımla proqnozlaşdırılır. Bu da əsasən "İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər" üzrə qeyri-dövlət müəssisələrinə ayrılacaq subsidiyanın 64,4 milyon manat artımla nəzərdə tutulması ilə bağlıdır.













