Gələn ildən Azərbaycanda pərakəndə investorlar kapital bazarına investisiya şirkətlərinə getmədən çıxa biləcəklər.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Vüqar Namazov deyib.
“Bu, artıq kapital bazarı üçün dönüş nöqtəsi olacaq. İnsanlar ofisdə oturaraq mobil telefonla kapital bazarındakı alətləri görə və bazarda iştirak edə biləcəklər. Hesab edirəm ki, bu yenilik bazarda dönüş nöqtəsi olacaq, həm bazar iştirakçılarının sayının artmasına, həm də məhsulların satışına müsbət təsir edəcək. Buna bənzər mexanizm Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının satışı zamanı tətbiq edilmişdir. İnsanlar “ASAN Xidmət” mərkəzlərinə müraciət etməklə istiqrazlara abunə yazılırdı və investisiya şirkətlərinə getməyə ehtiyac yox idi. İndi isə vətəndaşlar evdə oturub hansısa investisiya şirkətində hesab aça və bazarın iştirakçısına çevrilə biləcəklər. Təcrübə göstərir ki, bu mexanizm bazardakı volatilliyin yarıdan çoxunu təmin edir”, - deyə V.Namazov qeyd edib.
Azərbaycan vətəndaşlarının kapital bazarına çıxışı asanlaşdırılır
12:56
21 Dek 2017