2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 mlrd. 381 mln. 607 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 23,2% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) açıqladığı məlumatda qeyd olunur.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,76%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 423 mln. 235 min dollar dəyərində (artım 9,4%) məhsul ixrac edib. Bütövlükdə, bu dövrdə Azərbaycandan ixracın 3,45%-i Rusiyanın payına düşüb.
2019-cu ilin 7 ayı ərzində Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 183 mln. 762 min dollar (artım 29%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 14,04% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, yanvar-iyul aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 760 mln. 527 min dollar təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.