Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 240-dan çox təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-na QA (Quality Assurance) mühəndisi axtarılır.
Vakansiya haqqında:
Vəzifə: QA (Quality Assurance) mühəndisi
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 31.03.2024
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Məhsul sahibləri, DevOps, front-end və back-end proqramçılar ilə çalışmaq, yeni və mövcud olan funksionallıqlar üçün avtomatlaşdırılmış testlərin yazılmasını təmin etmək;
- Test planları, test nümunələri, test ssenariləri və reqressiya testləri hazırlamaq və icrasını təmin etmək və ortaya çıxan bütün proqram xətalarının/nöqsanlarının aradan qaldırılmasını təmin etmək üçün mühəndis-proqramçılarla birgə işləmək;
- Hər hansı problem, səhv və dəyişiklikləri sənədləşdirmək, idarə etmək və çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
- Test proseslərin monitorinqi, teststlərin nəticələri üzrə müvafiq hesabatların hazırlanması.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- Təcrübə: Java, SQL və JavaScript proqramlaşdırma dilləri üzrə iş təcrübəsi və QA/Test Avtomatlaşdırma Mühəndisliyi sahəsində minimum 1 il iş təcrübəsi.
- Test Alətləri: Selenium, JUnit, TestNG kimi test avtomatlaşdırma alətləri.
- Spring və Spring Boot: Spring framework və Spring Boot ilə tanışlıq.
- Analitik Bacarıqlar: Tələbləri analiz etmək və buna uyğun test hallarını hazırlamaq.
- Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi;
Aşağıda sadalanan iş təcrübəsi əlavə üstünlük sayılacaq:
- C# və Python proqramlaşdırma dilləri üzrə təcrübə.
- Front-end testləri üzrə təcrübə (Cypress, Jest, Vue.js və React üçün xüsusi test alətləri Vue Test Utils və React Testing Library və s.).
Digər bacarıqları:
- Analitik düşünmə;
- Vaxtın idarəedilməsi;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, nəticəyə fokuslaşma və problemi həll etmə.
CV-ni “QA mühəndisi” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.