Bakıda Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın yeni müşahidə peykini orbitə - İsrail Şirkəti Çıxaracaq
FED.az xəbər verir ki, memorandumu Palatanın sədri Vahid Novruzov və ICPAI-nın prezidenti Çen Şrayber imzalayıblar.
Bildirilib ki, memorandum tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkənin auditorları və mühasibləri üçün uğurlu əməkdaşlığa, birgə fəaliyyətə və bütövlükdə audit peşəsinin inkişafına mühüm töhfə verəcək. (Report)