"Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan Mərkəzi Bankından (AMB) aldığı 210 mln. dollar məbləğində krediti qaytarıb.
FED.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
Məlumata əsasən, kredit təyyarənin alınması üçün nəzərdə tutulub.
"Borcun 2017-ci ilin II rübü ərzində qaytarılması daxili borc yükünün azalmasına səbəb olub", - deyə məlumatda vurğulanıb.
Buna da baxın: Mərkəzi Bank 100 milyon manat cəlb edir - HƏRRAC OLACAQ
Buna da baxın: Gələn il Mərkəzi Bankın mənfəətindən büdcəyə vəsait köçürülməyəcək