Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay” MMC-yə məcburi göstəriş verib.
"Paşa Bank"ın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub
FED.az bu barədə AMB-на istinadən xəbər verir.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “PashaPay” MMC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında (ƏL/TMM) qanunvericiliyin tələblərinin pozulmasını aşkar edib.
Bununla əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən, “PashaPay” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.