Avropa İttifaqı Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynaya köçürür.
Qərb şirkətləri Ukraynadan - BORCUNU ÖDƏMƏYİ TƏLƏB EDİBLƏR
FED.az xəbər verir ki, bu barədə Çexiya xarici işlər naziri Jan Lipavski "X" hesabında paylaşım edib.
"Biz Aİ çərçivəsində bu gün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynanın xeyrinə köçürmək qərarı verdik. Təkcə bu il üçün bu, 3 milyard avro ola bilər.
Gəlirlərin 90%-i hərbi dəstəyə gedəcək. Rusiya işğalçılıq müharibəsinin vurduğu ziyanı ödəməlidir", - Çexiya XİN rəhbəri vurğulayıb. (Apa)