Bir neçə xarici investisiya şirkəti Ukraynanı 2025-ci ildə borcunun faizini ödəməyə məcbur etməyi planlaşdırır.
Ukraynanın dövlət borcu 150 milyard dolları keçdi
FED.az xəbər verirki, bu barədə öz mənbələrə istinadən «The Wall Street Journal» nəşri (WSJ) məlumat yayıb .
Nəşrin yazdığına görə, kreditorlarla razılığa gələ bilməsə, Ukrayna defoltla üzləşə bilər.
WSJ yazır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu və müharibə başlanandan sonra sonra Ukraynanın xarici kreditorları bildiriblər ki, rəsmi Kiyev faiz ödənişlərini gecikdirə bilər - onlar güman edirdilər ki, münaqişə 2024-cü ildə başa çatacaq.
Ancaq indi, kreditorlar səbrlərini itirməyə başladılar. Ukraynanın 20 milyard dollarlıq avrobondlarının beşdə birinə sahib olan şirkətlər qrupu vəziyyəti müzakirə etmək üçün hüquqşünaslar və bank ekspertləri cəlb edib.
Şirkətlər Ukraynanın ödənilməmiş borcunun böyük bir hissəsinin silinməsi müqabilində borcun faizlərini ödəməyə başlamasını istəyir. WSJ mənbələrindən birinə görə, kreditorlar Ukraynanın suveren borc probleminin həllinə kömək etmək üçün Kiyevlə konstruktiv qarşılıqlı fəaliyyətə ümid edirlər. Eyni zamanda, bəzi şirkətlər artıq Ukrayna tərəfi ilə öz planlarını müzakirə ediblər. Söhbət ildə təxminən 500 milyon dollardan gedir.
Bir neçə kreditor borcun qismən ödənilməsi üçün Rusiyanın Avropa və Şimali Amerikadakı dondurulmuş aktivlərindən istifadə etməyi təklif edib, lakin Beynəlxalq Valyuta Fondu və bəzi G7 ölkələri bu ideyanı dəstəkləməyib. Onlar başqa variant təklif etdilər: Kiyev 2027-ci ilə qədər bazar dərəcələrindən xeyli aşağı faizlə kiçik faiz ödənişləri edəcək.
Ukrayna hökuməti bu məsələni may ayında müzakirə etmək niyyətindədir.