ABŞ-ın "Bank of New York Mellon" (BNY Mellon) maliyyə holdinqi Qazaxıstan Milli Fondunun 22 mlrd. ABŞ dolları həcmində vəsaitini dondurub. FED.az xəbər verir ki, buna səbəb bir sıra məhkəmə çəkişmələri olub.
Agentliyə verilən məlumatda bildirilir ki, Qazaxıstan Milli Fondunun aktivləri moldaviyalı biznesmen Anatoliy Stati və onun şirkətlərinin Qazaxıstan hökumətinə qarşı iddiası əsasında dondurulub. Öz növbəsində Qazaxıstan Mərkəzi Bankı "BNY Mellon"a qarşı iddia irəli sürüb. İddiaya bu gün London məhkəməsində baxılması gözlənilir.
Agentlik bildirib ki, Qazaxıstan Mərkəzi Bankı, Ədliyyə Nazirliyi məsələyə şərh verməyib.