2023-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməklə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720,7 milyon manat nəzərdə tutulur.
2023-cü ilin dövlət büdcəsi açıqlandı: Gəlir-xərcləri ilk dəfə - 30 MİLYARD MANATI KEÇƏCƏK
Bu məbləğin 53 faizi və ya 16 milyard 297 milyon manatı neft sektorunun, 47 faizi vəya 14 423,7 milyon manatı qeyri-neft sektorunun payına düşür.
Proqnozlara görə, 2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,6 faizini və ya 13 milyard 402 milyon manat təşkil edəcək. Bu cari ilin dürüstləşdirilmiş proqnozundan 1 662 milyon manat və ya 14,2 faiz çoxdur.
Azərbaycanda 2023-2026-cı illərdə ABŞ dollarının - GÖZLƏNİLƏN MƏZƏNNƏSİ AÇIQLANDI
Dövlət Gömrük Komitəsi isə büdcə gəlirlərinin 4 750 milyon manatı nı və ya 15,5 faizini təmin edəcək. Bu 2022-ci ilin proqnozu ilə müqayisədə 145 milyon manat və ya 3,1 faizçoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 11 280 milyon manatı və ya 36,7 faizi Dövlət Neft Fondundan transfertin payına düşür. 2022-ci illə müqayisədə Neft Fondundan büdcəyə daxil olmaların məbləği azaldılıb. Belə ki, 2022-ci ilin dürüstləşdirilmiş pronqozlarına görə, bu il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfortlərin yuxarı həddi 11 milyard 517,5 milyon manat nəzərdə tutulmuşdu. 2023-cü ildə nəzərdə tutulan məbləğ isə bundan 237 milyon manat və ya 2% azdır.
Xatırladaq ki, 2022-ciilin dövlət büdcəsində Neft Fondundan daxil olmalar əvvəlcə 12 milyard 710 milyon manat nəzərdə tutulsa da, iyun ayında büdcənin dəyişdirilməsinən sonra bu məbləğ 11 milyard 517 milyon manata endirilib.
Dövlət büdcəsin gəlirlərinin 750 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədən kənar daxilolmalarının, 538,7 milyon manatı vəya 1,8 faizi isə sair gəlirlərin payına düşür.