Ötən il 16 qurumda 36,7 milyon manat səmərəsiz xərclərə yol verilib.
COVID-19 və digər səbəblərdən keçirilməyən tədbirlərə - 2,7 milyon manat səmərəsiz xərc çəkilib
FED.az bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına istinadən xəbər verir.
Uyğunluq auditlərində səmərəsiz istifadə halları aşağıdakı kimi təsnif olunub:
- 1,3 mln. manat - Audit dövrünün əvvəlində alınsa da, tətbiq edilməyən proqram təminatı
- 9,9 mln. manat - Audit dövrünün əvvəlində alınsa da, istifadə edilməyən avadanlıq və ya mallar
- 8,3 mln. manat - Avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması
- 2,7 mln. manat - "Covid-19" və digər səbəblərdən keçirilməyən tədbirlərə xərclər
- 12 mln. manat - Bağlanılmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması
- 0,6 mln. manat - Ehtiyac olmadan iş həcminin artırılması
- 1,4 mln. manat - Fəaliyyətsiz olan əsas vəsaitə çəkilən xərclər
- 0,5 mln. manat - Digər səmərəsiz istifadə halları
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilib. (Trend)