Hazırda Bakı Fond Birjasının (BFB) infrastrukturu saniyədə 25 min əməliyyat aparmağa imkan verir.
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə Bakı Fond Birjasının (BFB) idarə Heyətinin sədri Vüqar Namazov bilirib. Onun sözlərinə görə, hazırda BFB-də 5 bazar var. Bunlar dövlət qiymətli kağızları, korporativ qiymətli kağızlar, səhm bazarı, repo bazarı və törəmə maliyyə alətləridir. Bu bazardar üzrə birjada 138 maliyyə aləti dövr edir. V.Namazov bildirib ki, hazırda BFB-nin əsas prioriteti listinqin canlandırılmasıdır. Bu qiymətli kağızlar sekotruna daha çox şirkətin cəlb edilməsinə imkmn verəcək.
1 saniyədə 25 min əməliyyat apara bilirik
11:02
21 Dek 2017