İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2020-ci ilin 1-ci rübü üzrə «İxrac İcmalı»nı təqdim edib.
Eləcə də bax: Yanvar-mart aylarında qeyri-neft ixracında - VƏZİYYƏT AÇIQLANIB - RƏQƏMLƏR
FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (43,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları)üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 113,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon ABŞ dolları, şəkər ixracı 2,9 milyon təşkil edib.
2020-ci ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 19,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (12,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.