Azərbaycan dilində markalanması olmayan məhsulların Azərbaycana idxal olunmasının qarşısı alınacaq.
Eləcə də bax: Qida məhsulları üzərində məlumatlarla bağlı - Yeni Tələblər Qüvvəyə Minir
FED.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyimətbuat konfransında məlumat verib.
"Azərbaycan dilində məlumatlar olmadıqda həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Bir sıra məhsullar var ki, idxal zamanı onların üzərində Azərbaycan dilində məlumatlar olmur, Azərbaycan istehlakçıları həmin məhsulların tərkibi, istehsal tarixi, saxlanma müddəti, eyni zamanda məhsulun xüsusiyyətləri bardə məlumatları əldə edə bilmirlər. Buna görə Azərbaycan ərazisinə idxal olunan məhsulların üzərində Azərbaycan dilində məlumatlar olmalıdır, əks halda idxalına və dövriyyəsinə icazə verilməyəcək",- Təhməzli bildirib. (Marja)