Türkiyədə illik inflyasiya göstəricisi son 50 ayın minimum səviyyəsinə düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Türkiyə Statistika İdarəsinin (TÜİK) fevralın 3-də açıqladığı cari ilin yanvar ayı üzrə qiymət artımı göstəricilərinə əsasən, 2026-cı ilin yanvar ayının yekunlarına görə, Türkiyədə inflyasiya səviyyəsi 4,84 faiz təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstəricidən (5,03 faiz) və 2024-cü ilin yanvar ayındakı göstəricidən (6,70 faiz) aşağıdır.
İllik inflyasiya səviyyəsi 30,65 faiz olub.
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek TÜİK-in göstəricilərini şərh edərək bildirib ki, inflyasiyanın artmasına təsir göstərən amillərin təsiri məhdudlaşdırılacaq.
“Qiymət sabitliyinin təmin edilməsi istiqamətində hökumət qətiyyətli addımlar atmağa davam edəcək, ölkədə təkliflərin artımını bundan sonra da stimullaşdıracaq”, – deyə o vurğulayıb.











