Türkiyə üçüncü rübdə sənaye istehsalının kəskin azalması fonunda texniki tənəzzülə uğrayıb.
FED.az «BNN Bloomberg»ə istinadən xəbər verir ki, bu hal dekabrda faiz dərəcələrini azaltmağa başlamaq imkanını nəzərdən keçirən mərkəzi bank üçün yeni səbəb ola bilər.
Noyabrın 29-da yayılan rəsmi məlumatlara əsasən, Türkiyə iqtisadiyyatında 0,2% geriləmə baş verib. Bu son 2 ayda ardıcıl ikinci azalmadır. Ümumilikdə 2024-cü ilin 3-cü rübündə Türkiyədə illik iqtisadi artım gözlənilən 2,5% əvəzinə 2,1% olub.
Beləliklə, hazırda illik artım sürəti, güclü birinci rüblə və pandemiyadan əvvəlki orta göstəricidənki 5%-lə müqayisədə kəskin şəkildə aşağı düşüb.
Rəsmi statistika göstərir ki, 3-cü rübdə ev təsərrüfatlarının istehlak xərcləri illik müqayisədə 3,1% artıb, sənaye istehsalı isə 2,2% azalıb.
Mərkəzi hökumət sərt pul siyasəti vasitəsilə inflyasiyanı 49%-ə yaxın nəzarət altına almağa çalışır və müəyyən dərəcədə buna nail olub - 9 aydır ki, inflyasiya 50% səviyyəsindədir.
Amma bu, sənaye istehsalının azalmasına səbəb olub, baxmayaraq ki, daxili tələbat sabit qalır, buna qismən də türklərin qiymət artımının qarşısını almaq üçün bəzi malları əvvəlcədən alması səbəb olub.
Türkiyə Mərkəzi Bankı qiymət artımı ilə bağlı hədəfini gizlətmir - inflyasiyanın bu il 44%-ə çatacağını və 2025-ci ilin sonuna kimi 21%-ə enəcəyini gözləyir.
Mərkəzi Bank işarə edib ki, bu ayın əvvəlində inflyasiyanın yavaşlaması səbəbindən faiz dərəcəsi aşağı salına bilər. Bu qərar qarşıdakı dövrdə Türkiyədə iqtisadi artıma müsbət təsir edə bilər.