2020-ci ildə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2019-cu illə müqayisədə 1,8% çox olub.
Eləcə də bax: "Moody's" Türkiyə iqtisadiyyatı üzrə - Proqnozunu Yüksəldib
FED.az xəbər verir ki, bu barədə Türkiyənın Statistika Təşkilatının (TÜİK) hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, ötən ilin IV rübündə ölkə iqtisadiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 5,9%, əvvəlki rüblə müqayisədə isə 1,7% böyüyüb.
2020-ci ildə Türkiyədə kənd təsərrüfatında 4,8%, sənayedə 2% artım qeydə alınıb, inşaat və xidmət sektorları isə müvafiq olaraq 3,5% və 4,3% kiçilib.
Ötən il Türkiyə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği əvvəlki ilə nisbətən 6,5% artıb.
Hesabat dövründə ölkədə ev təsərrüfatlarının xərcləri 3,2%, o cümlədən istehlak xərcləri 2,3% artıb. (Apa)