Avropada süni qidaların hazırlanması üçün bu sektora böyük dəstək veriləcək.
Eləcə də bax: KFC və Burger King süni ətə keçir – YENİ BİZNES BAŞLAYIB
FED.az xəbər verir ki, komissiya ərzaq məhzsulları, bioiqtisadiyyat, təbii ehtiyatlar, balıqçılıq və dəniz məhsulları üzrə tədqiqat innovasiyalara 10 milyvrd avro ayırmağı qərara alıb. «Farm to Fork» (FFS) («Fermadan çəngələdək») adlanan layihədə əsas diqqət alternativ zülal mənbələrninin yaradılmasına, o cümlədən bitki zülalları və ətə əvəz edicilərinə ayrılıb.
«Alternativ zülallar Avropanın daha dayanıqlı, sağlam və ədalətli ərzaq sisteminə keçidinə kömək eləcək», - «Good Food Institute» şirkətinin Avropa bölməsinin rəhbəri Aleksandr Holst bildirib.
Yeni layihədə əsas diqqət süni ət, süni süd və balıq məhsullarının istehsalına yönəldiləcək. Məsələ təkcə ucuz qidada deyil.
«WWF Europe» fondu hesab edir ki, heyvandarlıq iqlim böhranının əsas səbəbkarlarındandır. Belə ki, hər il bu sektor atmosferə 7,1 qiqaton karbon qazı buraxır, 1 kilo mal ətinin istehsalına isə 25 kilo taxıl və təqribən 15 min litr su tələb olunur.
FFS-in məlumatına görə, 2017-ci ildə Avropa Birliyində hər 5 ölümdən biri qeyri-sağlam qida ilə bağlı olub, adamlar dietik tövsiyələrə əməl etsəydilər5,1 milyon ölümün qarşısını almaq olardı.
Qarşıdakı 10 il ərzində dünyada satılan ətin 10% süni ət olacaq. 2025-ci ilə dünyada süni ətin həcmi 200 mln dollar, 2032-də isə 600 mln dollar olacaq.
Süni ət sənayesi isə qarşıdakı 10 ildə ümumi qiyməti 140 milyard dollar olan sektora çevriləcək.