2020-ci ildən sonra iqtisadi inkişafla bağlı yeni strategiyada daha konkret layihələrin icrasına xüsusi önəm veriləcək.
FED.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov Strateji Yol Xəritələrinin icrası ilə bağlı görülən işləri şərh edərkən yeni hazırlanan iqtisadi inkişaf strategiyasının əsas hədəfinin regionların sənaye potensialını gücləndirmək, işsizlik səviyyəsini azalda biləcək layihələrə daha çox üstünlük vermək olduğunu bildirib: "Strateji Yol Xəritələri üç mərhələdən ibarətdir. Gələn il birinci mərhələ başa çatacaq və növbəti mərhələdə bu strategiyanın yeni inkişaf modelinə uyğunlaşdırılaraq reallaşdırılması nəzərdə tutulub".
Vüqar Bayramovun sözlərinə görə, yeni strategiyada iqtisadi inkişafla bağlı fərqli yanaşmaların tətbiqi nəzərdə tutulsa da, bu, Strateji Yol Xəritələrindən imtina anlamına gəlmir. Onun fikrincə, neft-qaz resurslarından asılı ölkələrdə iqtisadi və siyasi proseslərin sürətlə bir-birini əvəz etdiyi hazırkı şəraitdə müasir çağırışlar daimi olaraq Yol Xəritələrinə baxışı dəyişə bilər:
Eləcə də bax: Çin mallarına gömrük rüsumu qaldırılıb? - KOMİTƏDƏN AÇIQLAMA
İqtisadçı-ekspert Vüqar Bayramov
Strateji Yol Xəritəsi Azərbaycanın iqtisadi inkişaf istiqamətlərini müəyyən edən bütöv bir platformadır. Hansı sahələrin necə, hansı regionlarda və hansı resurslar hesabına inkişafını özündə ehtiva edir. Xarici təcrübədə də iqtisadiyyatı inkişaf etdirmək üçün bu cür strateji planlaşmalardan istifadə edilir. Azərbaycanda 2020-ci ildən yeni strategiyaya uyğun olaraq fəaliyyətlərin daha konkret və sürətli layihələr formasında icrası nəzərdə tutulur.