Bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının nominal ifadədə 115,4 milyard manata, real artım tempinin 5,5 %-ə çatması proqnozlaşdırılır.
Eləcə də bax: Azərbaycanda orta illik inflyasiyanın - 12,5 Faiz Olacağı Proqnozlaşdırılır
FED.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, o cümlədən qeyri-neft ÜDM-in nominal ifadədə 65,7 milyard manata qədər artacağı gözlənilir:
“Həmin dövrdə Azərbaycanda orta illik inflyasiyanın 12,5 % səviyyəsində reallaşması gözlənilir.” (Report)