Müasir biznes proseslərinin mürəkkəbliyi proqnozlaşdırma, planlaşdırma, və istehsal ehtiyaclarını ödəmək üçün əlavə araşdırma və yeni texnologiyaların tətbiqini zəruri edir.
“Rəqabət Məcəlləsinin tətbiqi özəl sektorun inkişafına dəstək olacaq” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.
Xidmət rəisi bildirib ki, Rəqabət Məcəlləsində biznes subyektləri üçün texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı sahəsində digər təsərrüfat subyektləri ilə məhsul istehsalı və satışının yaxşılaşdırılmasına, texniki və iqtisadi tərəqqinin təşviqinə, istehlakçıların ədalətli şəkildə əlavə fayda əldə etməsinə imkan yaradan sazişlərə görə real istisnalar müəyyən olunub.
"Həmin istisnalar müvafiq sahədə həyata keçirilən iqtisadi tənzimləmələrə dinamik xarakter qazandırmaqla ölkə iqtisadiyyatının inklüziv inkişafını stimullaşdırmağa xidmət edəcək", — M.Abbasbəyli əlavə edib.