Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Rusiyadan buğda ixracına görə - Rüsum Qalxacaq
FED.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq, 4 066,4 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 772 milyon 115 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.(report)