Bu ilin I yarısında Naxçıvan MR-da 1 328 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Eləcə də bax: Naxçıvan ötən il 117 milyon manat qazanıb - 485 Milyon Manat Xərcləyib
FED.az xəbər verir ki, bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verilb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur.
Hesabat dövründə adambaşına düşən ÜDM-in dəyəri isə 1% artaraq 2 876 manat olub.
6 aylıq ÜDM-in tərkibində ilk yeri 30,2 %-lik payla sənaye sahəsi tutub, maddi istehsalın payı 58% təşkil edib.
2020-ci ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulu 1 %, əsas kapitala yönəldilən vəsaitlər 0,4%, kənd təsərrüfatı məhsulu 3 %, nəqliyyat sektorunda yük daşınması 0,3%, informasiya və rabitə xidmətləri 8,2 % artıb. (Report)